Bakıda mənzildə partlayış olub - xəsarət alan var

09:36 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

Hafta.az xəbər verirki, bu barədə Fövqəladə Hallar Naziliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə Əli Vəliyev küçəsində qeydə alınıb. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Qeyd edək ki, partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Məlumata görə, operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.